Tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Nəsrulla Zaqidulinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, N.Zaqidulinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2014-cü ilin dekabrın 24-də Səbail rayonunda baş verib. Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilib və dekabrın 27-də orada ölüb.
Maya Nikolayevna Batolova Səbail Rayon Plils İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinə (PB) müraciət edərək dekabrın 24-də oğlu İ.Samoylenkonun naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.
Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İ.Samoylenkonun tanışı Bakı şəhər sakini N.Zaqidulin tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Zaqidulin 11 il müddətinə azadlıqdan məhrum edilib.