Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Mürsəl Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə keçən il noyabrın 9-da Sumqayıtda baş verib. M.Quliyev Şahin Əliyevi münaqişə zəminində bıçaqlayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Quliyev tutulub.