Bakıda mübahisə etdiyi tanışını bıçaqlamaqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Maşallah Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunub, təqsirləndirilən şəxs barəsində 2 il sınaq müddəti seçilib. M.Qurbanov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə keçən il noyabrda Xəzər rayonunda baş verib. 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəxri Mirzəyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən Göygöl rayon sakini Maşallah Qurbanov tutulub. Ona Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığına ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.