Ərini tikə-tikə edib basdıran qadının məhkəməsi başladı
18 avqust 2016 12:13 (UTC +04:00)

Ərini tikə-tikə edib basdıran qadının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri növbəti məhkəmə iclaslarının qapalı keçirilməsi üçün vəsatət qaldırıb. Vəsatət təmin edilmiyib.

Məhkəmənin baxış iclası təyin edilib.

Qeyd edək ki, qətl keçən il Yasamalda baş verib. Şəhər sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və onun tanışı S.Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb.

İlkin ifadələr nəticəsindən sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.

L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyidi İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.

 

Onu da qeyd edək ki, L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Səlcuq Elçin

Oxşar yazılar