Azərbaycanda tanınmış teleaparıcı saxlanılıb.
Bu barədə APA-ya vəkil Cavanşir Süleymanov məlumat verib.
C. Süleymanov İ. Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib: “Məndə olan məlumata görə, hazırda idarədədir”.
İ. Mirzəyevin vəkili Xanlar Ələkbərzadə isə teleaparıcının saxlanılması barədə məlumatı olmadığını deyib.
APA-nın əldə etdiyi məlumata görə, İ. Mirzəyev rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanılıb.