Emin Millinin qaynının məhkəməsi təxirə salınıb
05 yanvar 2016 11:05 (UTC +04:00)

Emin Millinin qaynının məhkəməsi təxirə salınıb

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə dövlət ittihamçısı iştirak etmədiyi üçün məhkəmə yanvarın 14-də davam edəcək.

 

Qeyd edək ki, N.Ağabəyov bu il iyulun 23-də evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən "Bol market" ticarət mərkəzinin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Onun üzərinə və maşınına baxış keçirilərkən külli miqdarda (6,213 qram) heroin aşkar edilərək götürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, kompüter mühəndisi olan N.Ağabəyov məşhur rəssam Mais Ağabəyovun oğlu, “Meydan TV” internet layihəsinin rəhbəri, Almaniyada mühacirətdə yaşayan Emin Millinin qaynıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00