Tanınmış jurnalistin atası yol qəzasında dünyasını dəyişdi
25 mart 2015 12:40 (UTC +04:00)

Tanınmış jurnalistin atası yol qəzasında dünyasını dəyişdi

Tanınmış jurnalist Aynur Elgünəşin  atası avtomobil qəzasında dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bu barədə jurnalist Natiq Cavadlı öz facebook profilində məlumat verib: “Səhəri Aynur Elgünəşin hönkürtüsü ilə açdım. Aynurun atası yol qəzasında ölüb. Aynur, başın sağ olsun. Başqa heçnə deyə bilmirəm”.  

Qeyd edək ki, həmkarımızın atası Telman Qəmbərov bu gün səhər saatlarında Mingəçevirdə baş vermiş yol qəzasında dünyasını dəyişib. 

 

P.S. Lent.az kollektivi həmkarımıza başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar