Jurnalist Məmməd Süleymanov "Bandotel"də ifadə verib - <span style="color:red;">YENİLƏNİB
04 avqust 2016 12:38 (UTC +04:00)

Jurnalist Məmməd Süleymanov "Bandotel"də ifadə verib - YENİLƏNİB

Jurnalist Məmməd Süleymanov  "Bandotdel"də ifadə verdikdən sonra sərbəst buraxılıb. Lent.az-ın məlumatına görə,  M. Süleymanov idarəyə çağırılması ilə bağlı açıqlama verməyib. O bildirib ki, istintaq sirri olduğu üçün dindirilmə səbəbini açıqlaması mümkün deyil.

 

****

Jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BANDOTDEL) çağırılıb.

 

Lent.az-ın məlumatına görə, jurnalist hazırda idarədə ifadə verir. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a bildirib ki, M.Süleymanovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə niyə çağırıldığı barədə bu gün günortadan sonra məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar