Taleh Bağırov ev dustaqlığına buraxılmaq istəyir
10 may 2016 15:11 (UTC +04:00)

Taleh Bağırov ev dustaqlığına buraxılmaq istəyir

0

Taleh Bağırovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət edib.

 

Lent.az-a bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı artıq Nəsimi rayon Məhkəməsinə müraciət edilib.

 

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Taleh Bağırov orada saxlanılıb.

O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

 Xatırladaq ki, ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi T.Bağırovun apellyasiya şikayətini təmin etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar