Taksi sürücüsünü qətlə yetirənlərin məhkəməsi davam edir
15 aprel 2016 12:11 (UTC +04:00)

Taksi sürücüsünü qətlə yetirənlərin məhkəməsi davam edir

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər - Sahib Səmədov və təqsirləndirilən şəxs R.Abbaslının atası Etibar Abbasov ifadə verib. O ifadəsində bildirib ki, oğlu hadisədən sonra ona zəng edib: "Mənə zəng edəndə Rusiyadaydım. Oğlumla görüşəndən sonra o, mənə adam öldürdüyünü dedi". Məhkəmən prosesi aprelin 22-nə davam edəcək.

 

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov və Ramin Abbaslı Nabranda tələbə yoldaşları ilə birgə istirahətdə olarkən taksi sürücüsü olan Famil Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb taksi sürücüsünün onlardan əlavə pul tələb etməsi olub. Nəticədə həmin şəxslər F.Məmmədovu qətlə yetiriblər. Hadisədən sonra R.Abbaslı və H.Rüstəmov saxlanılıb. H.Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib. Təqsirləndirilən şəxslər hər ikisi Sumqayıt dövlət Universitetinin tələbələridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Səlcuq Elçin

Oxşar yazılar