Bir müddət əvvəl itkin düşmüş Ağdaş sakininin aqibəti məlum olub. Şamaxı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağdaş şəhəri, Qaradağlı küçəsi 17 ünvanında yaşayan 47 yaşlı Elsevər Məmmədovun Şamaxı ərazisində qətlə yetirilməsi müəyyən edilib. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, E.Məmmədov evdən çıxdığı gün avtomobillə Şamaxı rayonuna gəlib. Şamaxı rayonu ərazisində, Çuxuryurd kəndi yaxınlığında maşında olan iki nəfər - Vasif Sultanov və Oqtay Mürsəlov adlı şəxslər onu boğaraq qətlə yetirib. Daha sonra həmin şəxslər E.Məmmədovun meyitini elə öz avtomobilində meşə zolağına gətiriblər və burada basdırıblar.
Hər iki şəxs yaxalanaraq istintaqa təhvil verilib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilmiş şəxs həkim, stomotoloq olub.