Sürücü avtoqəzanın qurbanı olub
10 sentyabr 2013 02:44 (UTC +04:00)

Sürücü avtoqəzanın qurbanı olub

Salyanda ağır yol qəzası baş verib. Salyan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində qeydə alınıb. Salyan şəhər sakini, 35 yaşlı Şakir İsrəfil oğlu Mövsümov idarə etdiyi “QAZ-31” markalı minik maşını ilə rayon mərkəzinə doğru hərəkətdə olarkən idarəetməni itirib. Sürət həddi yüksək olduğundan “QAZ-31” markalı maşın əvvəlcə yolun kənarındakı daş səddə çırpılıb, sonra isə yuvarlanaraq təxminən 100 metr yoldan kənara düşüb. Nəticədə sürücü Şakir Mövsümov hadisə yerində ölüb.

 

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar