İstanbulun "500 evlər" deyilən məhəlləsində dəhşətli qətl törədilib.
Suriyadan qaçqın olan bir neçə şəxs 1984-cü il təvəllüdlü Şərur rayonu Axaməd kənd sakini, Abbasov Vüsal Musa oğlunu vəhşicəsinə qətlə yetirib.
Lent.az-ın məlumatına görə, bu barədə strateq.az-a mərhumun İstanbulda yaşayan həmkəndlilərindən biri xəbər verib. Onun dediyinə görə, Vüsal həmin adamlara kirayə ev tapıb, pulunu almağa gedəndə bu hadisə baş verib: "Ev Vüsalın yaxınının olub. Kirayə pulunu da Vüsal alırmış. Onu çağırıblar evə, vəhşicəsinə döydükdən sonra, 4-cü mərtəbədən yerə atıblar. Meyiti kəndə yola saldıq".
Mənbənin dediyinə görə, qətli törədən Suriya qaçqınları hələ də tutulmayıb: "İstanbulda Suriyalı qaçqınlar tərəfindən belə hadisələr tez-tez törədilir. Polisin onları tapması qeyri-mümkündür. Yəqin ki, Vüsalın da qatillərini tapmaq mümkün olmayacaq ".