Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən Elşən Qurbanlı, Bəhruz Rəsilov, Nadir Əlixanov, Kamran Əzizov və Tural Məmmədovun cinayət işi üzrə proses başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Qurbanlının vəkili Əyyub Ələkbərov vəsatətlə çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsə verilən həbs-qətimkan tədbirinin müddəti bitdiyi üçün onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib. O, həmçinin, təqsirləndirilən şəxslərin MTN-nin istintaq təcridxanasından Bakı İstintaq təcridxanasına köçürülməsini istəyib. Hakim Əfqan Hacıyev verilən vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası iyunun 18-ə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan qanunusuz silahlı birləşmələrdə (İŞİD)də döyüşməkdə şübhəli bilinərək saxlanıb. Barələrində həbs-qəti imkan tədbiri seçilib