<span style="color:red;">Suriyada döyüşən azərbaycanlı:  "Qərar verdim ki, şəriət torpağında yaşayım"
21 aprel 2015 17:03 (UTC +04:00)

Suriyada döyüşən azərbaycanlı: "Qərar verdim ki, şəriət torpağında yaşayım"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşən qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən 6 nəfərin -  Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Onların heç biri ittiham üzrə özlərini təqsirli bilməyib.

 

Bundan sonra təqsirləndirilənlərdən Eldost Quliyev sərbəst ifadə verib. O, ifadəsində şəriət qaydaları ilə idarə olunan ölkədə yaşamaq istədiyini bildirib: “Bu sözlərini özümü müdafiə etmək üçün demirəm. Çünki bilirəm ki, bunun heç bir əhəmiyyəti yoxdur. Bakıda illərdir namaz qılıram. İnternetdən videolara baxdım. Xoşum gəldi, qərar verdim ki, gedib şəriət torpağında yaşayım. Gürcüstana getdim, oradan da Türkiyənin Hatay şəhərinə. Suriyada Ələ-Ərəbiən şəhərinə getdim. Burdan gedəndə pulum olduğu üçün ev tutdum. Orada heç bir silahlı birləşmədə, heç bir silahlı təlimdə iştirak etməmişəm. Sonra öz istəyimlə Bakıya qayıtmışam. Orada həyət-baca sulamışam, təsərrüfatla məşğul olmuşam. İttihamda yazılıb ki, guya gürcü olan bir şəxsin qrupunda iştirak etmişəm. Əgər mən o şəxsi, icmanı tanıyıramsa, həyatımda bircə dəfə görmüşəmsə, Allah mənə lənət eləsin”.

 

Bundan sonra Eldost Quliyev hakimlərin və dövlət ittihamçısının suallarını cavablayıb.

 

Məhkəmə prosesi aprelin 28-ə  qədər fasilə elan edib.

 

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub.

 

MTN-nin İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan Respublikasının vətəndaşı-Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu,  Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu,  Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19