Sürət Hüseynovun tərəfdarının oğluna əlavə cəza verildi
27 aprel 2016 11:29 (UTC +04:00)

Sürət Hüseynovun tərəfdarının oğluna əlavə cəza verildi

 

 

 

Nərimanov rayon Məhkəməsində həbsxanada rejim qaydalarını pozmaqda təqsirli bilinən Bakı şəhər sakini Minas Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Minas Əliyevin əvvəlki cəzasını 2013-cü ilin iyulun 19-dan çəkməsi nəzərə alınıb. Bu səbəbdən onun barəsində olan əvvəlki cəza hazırkı hökmlə birləşdirilib və ona qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

 

 

 

Qeyd edək ki, Minas Əliyev əvvəllər Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə təqsirli bilinib. 2013-cü il iyulun 19-da, axşam saat 21 radələrində “Gənclik” metrostansiyasının yaxınlığında Minas Əliyev Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Rahib Şahbazovun ürək nahiyəsinə iki bıçaq zərbəsi vuraraq öldürüb. Ehtiyatda olan zabit Rahib Şahbazov bir müddət Minas Əliyevin bacısı İlahə ilə görüşüb. Günlərin birində Rahib anasına həmin qızla ciddi münasibət alınmayacağını deyib və ondan İlahənin anasına zəng vurub xəbəri söyləməsini xahiş edib. Bundan əvvəl Rahib bir dəfə evli olub. İyulun 19-da oğlunun xahişi ilə Xeyrə Şahbazova qızın anasına zəng edib və bu barədə danışıb. Qızın anası isə bunu təhqir kimi qəbul edib. O, Rahibin qızı aldatdığını və buna görə cavab verəcəyini bildirib. Bir neçə saatdan sonra Rahiblə telefon əlaqəsi saxlayan Minas onu görüşə çağırıb və onu öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndkirilən şəxs də, zərərçəkmiş tərəfdə apelyasiya şikayəti veriblər. Şikayəti araşdıran hakim heyəti sonda apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra Minas Əliyev Pentensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən cəza müəssisələrindən birinə göndərilib. O, müəssisədə rejim qaydalarını pozub. Buna görə də Minas Əliyevin barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə əlavə cəza təyin olunub. Onun atası Vaqif Əliyev 4 iyun 1993-cü il qiyamının təşkilatçısı Surət Hüseynovun yaxın adamı və onu maliyyələşdirən şəxs olub. Sonralar Surət Hüseynovla birlikdə həbs olunaraq 9 il azadlıqdan məhrum edilib. Lakin 3 il sonra azad olunub. Azadlığa çıxandan az müddət keçəndən sonra Vaqif Əliyev vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21