Suraxanıda yanğın olub
08 mart 2013 06:23 (UTC +04:00)

Suraxanıda yanğın olub

0

 

Suraxanı rayonunda baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb.APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə,  Suraxanı rayonunda ümumi sahəsi 40 kv.m olan gözətçi otağın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi gecə saatlarında paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli 5 mənzili kommunal  tipli  evin 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 35  kv.m olan 1 otaqlı  mənzilin taxta konstruksiyalardan ibarət eyvanının tavanı 7 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1125

Oxşar yazılar