Ağır qəza nəticəsində xəsarət alan 5 nəfərdən biri öldü - YENİLƏNİB
0
0
Ötən gün Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində xəstəxanaya yerləşdirilən 5 yaralıdan biri bu gün səhər saatlarında ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
3 avqust, saat 17.25
Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
0
0