Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salındı
08 iyul 2015 13:38 (UTC +04:00)

Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salındı

0

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 40 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar