Söyüş üstündə adam öldürənin məhkəməsi davam edir
19 aprel 2016 12:28 (UTC +04:00)

Söyüş üstündə adam öldürənin məhkəməsi davam edir

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafov və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Elçin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda sənədlərin təhqiqi mərhələsi davam edib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi cinayət işində baş vermiş kobud pozuntulara görə işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib. Bununla bağlı zərərçəkmiş sənədlər və sübutları məhkəməyə təqdim edib. Dövlət ittihamçısı vəsatətə münasibət bildirək qeyd edib ki, həmin verilən sənədlərlə tanış olmadığı üçün vaxt istəyir. Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

 

 

Qeyd edək ki, hadisə keçən il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov, Elçin Qədimov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Münaqişəyə səbəb söyüş olub. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov və Elçin Qədimov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Elçin Qədimov barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15