Soyğunçuluqda təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmi Hümbətov cinayət işinin ibtidai istintaqın düzgün aparılmadığını və geri qaytarılmasını istəyib.
Cinayət işinin baxılmasına xitam verilib və iş yenidən Bakı Şəhər Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da Aytən Əhmədlinin işlədiyi mağazada soyğunçuluq yolu ilə ondan qızıl əşyalar alan Bakı şəhər sakini Sübhan Quliyev tutulub.