Soyğunçuluqda və narkotikdə təqsirləndirilənin cəzası azaldıldı
15 sentyabr 2016 10:35 (UTC +04:00)

Soyğunçuluqda və narkotikdə təqsirləndirilənin cəzası azaldıldı

0

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda, soyğunçuluqda və narkotikdə təqsirləndirilən Vüqar Nəsibovun birinci instansiya məhkəməsindən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, V.Nəsibovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onu 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası 8 ilə endirilib.

 

 

Qeyd edək ki, V.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Nəsibov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar