SOCAR-ın gözətçisi cinayət başında yaxalandı
27 mart 2017 11:34 (UTC +04:00)

SOCAR-ın gözətçisi cinayət başında yaxalandı

0

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub. Lent.az xəbər verir ki, Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lökbatan qəsəbəsində yerləşən, “SOCAR” şirkətinə məxsus yeni inşa edilən yaşayış binasının ambarından uzunluğu 2 m, 50 sm olan altı ədəd armaturu oğurlayıb hadisə yerindən qaçarkən, həmin tikintidə gözətçi işləyən, Lökbatan qəsəbəsi, T.Orucov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Hüseynov Səyyad Nadir oğlunu maddi subutla birlikdə yaxalayıblar. O, sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil verilib.

 

Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar