Şirvan yol xəttindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, mayın 17-də saat 20.30 radələrində Şirvan şəhərində qorunmayan dəmir yol xəttini keçən Ucar rayonunun Müsüslü kənd sakini 1964-cü il təvəllüdlü Mikayılov Allahverdi Mürsəl oğlunun idarə etdiyi HOWO markalı 90 MR 516 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub. Qumla yüklənmiş avtomobil yararsız vəziyyətə düşsə də sürücü hadisədən salamat qurtara bilib.
Faktla bağlı Şirvan yol xətti polisi tərəfindən araşdırma aparılır.