Şirvan şəhərinə 2 milyon manat ayrıldı
01 iyul 2013 19:34 (UTC +04:00)

Şirvan şəhərinə 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev   Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, Şirvan şəhəri, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri ərazisində otuz bir min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 23,2 kilometr olan şəhərdaxili və qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Şirvan Şəhər İcra Hakimiyyətinə ayrılsın.


Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

# 390
avatar

Oxşar yazılar