Silahlı insident törədən sabiq məhkum şikayətçidir
21 aprel 2016 11:11 (UTC +04:00)

Silahlı insident törədən sabiq məhkum şikayətçidir

 

Bakı Apellyasiya Məhkəməsin silahlı insident törətməkdə təqsirli bilinən Sənan Dünyamalıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sənan Dünyamalıyevin apelyasiya şikayəti təmin edilməyib.

 

 

Qeyd edək ki, ötən ilin iyunun 6-da xuliqanlıq zəminində Bakı şəhər sakini Sənan Dünyamalıyev “Kral” şadlıq sarayının binasında olan zaman özündəki “Shurshill” markalı ov tüfəngindən atəş aşıb. Hadisə zamanı şadlıq sarayının pəncərə şüşələri sınıb. İstintaq-əməliyyat qrupu əraziyə baxış keçirərkən oradan iki giliz götürüb. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Sənan Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində “Neftçi” təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “Kral” şadlıq sarayının qarşısına “razborka”ya çağırıb. Sənan Dünyamalıyev, Cavid Ağalarov, Bəhman Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Şəhriyar Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər. Bu zaman Sənan Dünyamalıyev gəldikləri avtomaşından “Vinçester” tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə “Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla iki xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi “Shurshill” markalı ov tüfəngini təhvil verib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilib. Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Sənan Dünyamalıyev 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sənan Dünyamalıyev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Xatırladaq ki, Sənan Dünyamalıyev universal döyüş üzrə dünya çempionu olub. “İnter” Peşəkar İdman Klubunun üzvü olan Sənan Dünyamalıyev 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. O əvvəllərdə məhkumluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21