GÜNÜN ŞƏRHİ
Azərbaycan Mərkəzi Bankı üzən məzənnəyə keçid barədə qərar qəbul edib. Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstanın ardınca Azərbaycanda da milli valyutanın məzənnəsini artıq dövlət deyil, bazar müəyyənləşdirəcək. Artıq məntiqlə dollar, avro və digər valyutaların kursları bazarda təklif və tələbatdan asılı olacaq. Yəni, manat artıq güzgü olacaq, bazarın güzgüsü. İqtisadiyyatın gerçək durumu bu güzgüdə əks olunacaq. Bu gün güzgüdə ajiotaj görünmədi, gözlənilən də deyildi, çünki noyabr ayından etibarən valyuta bazarında stabilləşmə müşahidə olunurdu. Üzən məzənnəyə keçidin pozitiv və neqativləri var, yəqin ki bu qərarı qəbul edən Mərkəzi Bankın pozitivləri qorumaq, neqativləri neytrallaşdırmaq üçün ehtiyat ssenariləri var. Daha doğrusu mütləq olmalıdır, əks təqdirdə neftin qiymətinin sürətlə ucuzlaşması fonunda manatın ciddi dəyər itirməsi çox neqativ nəticələrə gətirib çıxara bilər. Əgər, müdaxilələr olmasa...
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Dekabr
244