Sevinc Osmanqızı məhkəmənin açıq keçirilməsini tələb edir
03 fevral 2015 11:09 (UTC +04:00)

Sevinc Osmanqızı məhkəmənin açıq keçirilməsini tələb edir

Barəsində cinayət işi başlanılmış tanınmış jurnalist Sevinc Osmanqızının müdafiəçiləri məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edərək, məhkəmənin gedişinin ictimaiyyət və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilməsinə dair vəsatət veriblər. Bu barədə Lent.az-a jurnalistin hüquqlarını müdafiə edən Elmira Sarıyeva məlumat verib. Onun sözlərinə görə, bugünki məhkəmədə jurnalistin hüquq müdafiəçiləri vəsatətin təmin olunması, məhkəmə prosesini izləmək arzusunda olan beynəlxalq səfirlik və ictimaiyyət nümayəndələrinin məhkəmə salonuna buraxılmasına nail olmağa çalışacaqlar.

 

Qeyd edək ki, yanvarın 23-də Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxov məhkəmə prosesinin qapalı keçirilməsinə dair qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Səlcuq Elçin

Oxşar yazılar