Arvadını öldürməkdə təqsirləndirilən Ayxan Məmmədovun işi üzrə növbəti proses keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən keçmiş məhkum, 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı oktyabrın 21-ə təyin edilib.
Prokuror keçən proses işlə tanış olmadığı üçün məhkəmədən vaxt istəmişdi.
Qeyd edək ki, hadisə fevralında Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov evinin həyətindək arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda görünən Sevinc Babayevanın oğludur.
Həmin zaman Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.