<b>Sevinc Babayevanın oğlunun məhkəməsinə jurnalistlər buraxılmadı</b>
28 oktyabr 2016 17:33 (UTC +04:00)

Sevinc Babayevanın oğlunun məhkəməsinə jurnalistlər buraxılmadı

 

Arvadını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən proses açıq olsa da, media nümayəndələrinin iştirakına imkan verilməyib.

 

Məhkəməyə sədrlik edən hakim Samir Əliyev prosesin bu hissədə qapalı keçirildiyini əsas gətirərək, media nümayəndələrinin zaldan çıxmasına göstəriş verib.

 

Proses qapalı olan zaman zalda əyləşən digər şəxslər də çıxarılmalı olsa da, məhkəmə salonundan yalnız jurnalistlər çıxarılıb.

 

Qeyd edək ki, hadisə fevralında Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30 ünvanında baş verib. İbtidai istintaqın gəldiyi nəticəyə əsasən, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov öz evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

 

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

 

Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda görünən Sevinc Babayevanın oğludur.

 

Həmin zaman Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Səlcuq Elçin

Oxşar yazılar