Bu gün Bakı Apellyasiya Məhkəməsində sevdiyi qızı qətlə yetirən İzzət Hüseynovun şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov prosesdə iştirak etmədiyi üçün məhkəmə prosesi yanvarın 19-a qədər təxirə salınıb.
Qeyd edək ki, keçən il aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət Hüseynov 20 il müddətə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.