Sərnişin avtobusu aşıb: azı 10 nəfər xəsarət alıb
30 mart 2013 23:05 (UTC +04:00)

Sərnişin avtobusu aşıb: azı 10 nəfər xəsarət alıb

Bakıda, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində xəsarət alanların sayı 10-a çatıb.


Lent.az-ın «ANSpress»-ə istinadən məlumatına görə, yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.

Xatırladaq ki, bu gün axşam saat 19:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "İSUZU"markalı "10-TG-938" dövlət qeydiyyat nişanlı avtobus aşıb.

İlkin ehtimala görə, metronun "Qara Qarayev" stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən avtobusun aşmasına səbəb sürücünün sürət həddini aşması və döngədə avtobusun idarəetməsini itirməsi göstərilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429
avatar

Oxşar yazılar