![<b>Şərikinə 100 min manat "atan"a <span style="color:red;">10 İL HƏBS </b>](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Şərikinə 100 min manat "atan"a 10 İL HƏBS
Öz şərikinə qarşı 100 min manatdan artıq dələduzluq etməkdə və külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən C.Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hakim həmçinin zərərçəkmiş Akif Kazımovun 100 min manatlıq və Vergilər Nazirliyinin 21990 manatlıq mülki iddialarının təmin edilməsi ilə bağlı qərara çıxarıb.
Qeyd edək ki, Cavid Dadaşov restoran icarəyə götürərək birlikdə işlədiyi Akif Kazımova qarşı dələduzluq edib. Ev satmaq adı ilə saxta sənədlər düzəldərək şərikinin 100 min manatını ələ keçirib.
Cavid Dadaşov şərikli olaraq Akif Kazımovla "Balck City" restoranını işlədib. Restoranı işlədən zaman C.Dadaşovun Akif Kazımova borcu yaranıb. Borcunu ödəyə bilməyən C.Dadaşov bunun qarşılığında A.Kazımova ev satmağı təklif edib.
Belə ki, C.Dadaşov "Kapital Qrup" MMC tərəfindən inşa edilən binada olan, dəyəri 200 min manat olan evi şərikinə satmağa razılaşıb. Tərəflər arasındakı razılığa görə, evin sənədləri, alqı-satqı müqaviləsi Akif Kazımovun həyat yoldaşı Nigar Kazımovanın adına keçiriləcəkmiş.
C.Dadaşov “Kapital Qrup” MMC-nin adından hazırladığı sənədləri, alqı-satqı müqaviləsini Akif Kazımova təqdim edərək ondan bir neçə dəfəyə cəmi 100 min manat pul alıb. Akif Kazımov və xanımı aldıqlarını düşündükləri mənzilə baxmağa gedərkən aldadıldıqalrını başa düşüblər. Çünki sənədlərdə göstərilən ev onların yox, başqa şəxsin adına olub.
İstintaq zamanı məlum olub ki, C.Dadaşovun tikinti şirkətinin adından hazırladığı sənədlər printerdən çıxarılmış, saxtalaşdırılmış sənədlərdi. Bu barədə MMC-dən də istintaq orqanına arayış təqdim edilib və C.Dadaşov tərəfindən hazırlanan sənədlərin saxta olduğu bildirilib.
Pulunu geri ala bilməyən Akif Kazımov növbəti dəfə aldadılığını görərək polisə müraciət edib. Saxlanılan C.Dadaşov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) və 302-ci (saxta sənədlər hazırlama) maddəsi ilə cinayət işi açılıb.
C.Dadaşov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda külli miqdarda vergi ödəməkdən də yayınıb. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə cinayət işi açılıb.
Vergilər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, C.Dadaşov “Black City” restoranını işlədiyi müddət ərzində 21 min 990 manat vergidən yayınıb.
![avatar](/storage/authors/85974367_13335871_1150082885022719_7176359386720812357_n.jpg)
Səlcuq Elçin
Oxşar yazılar
![Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı](https://lent.az/storage/news/2024/july/26/big/66a3c5e14736e66a3c5e147370172200905766a3c5e14736566a3c5e14736a.jpg)
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 iyul 2024 , 19:48![Büroda vəkilin meyiti tapıldı - başından vurulub](https://lent.az/storage/news/2024/july/26/big/66a3b13d3fa6566a3b13d3fa6817220037734447cfb40efac2e199259b3cd6724fb3.jpg)
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 iyul 2024 , 19:46![Sumqayıtda yaşayış binasında yanğın oldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3bf70e406066a3bf70e4061172200740866a3bf70e405a66a3bf70e405d.jpeg)
Sumqayıtda yaşayış binasında yanğın oldu
26 iyul 2024 , 19:22![“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO](https://lent.az/storage/news/2024/july/26/big/66a3b91f9f22a66a3b91f9f22b172200579166a3b91f9f22466a3b91f9f227.jpg)
“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 iyul 2024 , 18:54![Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ](https://lent.az/storage/news/2024/july/26/big/66a3a2a141a3f66a3a2a141a41172200003366a3a2a141a3966a3a2a141a3d.jpg)
Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ
26 iyul 2024 , 18:41![1000-ə yaxın miqrant Rusiyadan qovulur](https://lent.az/storage/news/2024/july/26/big/66a39f5ee36a166a39f5ee36a2172199919866a39f5ee369b66a39f5ee369e.jpg)
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 iyul 2024 , 17:49![Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU](https://lent.az/storage/news/2024/july/26/big/66a339229862766a3392298628172197302666a339229862166a3392298624.jpg)
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
26 iyul 2024 , 16:57![Keçmiş nazir barın yanında öldü](https://lent.az/storage/news/2024/july/26/big/66a396d3e7eab66a396d3e7eac172199701166a396d3e7ea666a396d3e7ea9.jpg)