Azərbaycanda qayınanasını öldürən kürəkən tutuldu
11 dekabr 2014 13:09 (UTC +04:00)

Azərbaycanda qayınanasını öldürən kürəkən tutuldu

Şəmkirdə dəhşətli qətl törədən şəxslər həbs edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Babək Hüseynov, habelə qətldə iştirak etmiş digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov tutulublar.

B. Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əskinas və 1 ədəd “Epson” markalı printer aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, hadsiə tamah məqsədi ilə törədilib. Həbs edilən B.Hüseynov Svetlana Abbasovanın keçmiş kürəkəni olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar