Şəmkirdə ağır qəza: sürücü öldü, sərnişinləri yaralandı
05 sentyabr 2013 13:51 (UTC +04:00)

Şəmkirdə ağır qəza: sürücü öldü, sərnişinləri yaralandı

Sentyabrın 4-də saat 18.00 radələrində Şəmkir rayonu Şiştəpə kəndinin ərazisində kənd sakinləri Elvin Həsənovun idarə etdiyi “Mercedes” markalı və Qəhrəman Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəhrəman Hüseynov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, həmkəndliləri Asif Quliyev və Xəzər Ziyadov xəstəxanaya yerləşdiriliblər.

 

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

# 593
avatar

Oxşar yazılar