Şəmkirdə 6-cı sinif şagirdi məktəbdə qəfil öldü
05 aprel 2018 17:32 (UTC +04:00)

Şəmkirdə 6-cı sinif şagirdi məktəbdə qəfil öldü

0
 
Şəmkirdə məktəbli məktəbin həyətində ölüm hadisəsi baş verib.
 
 
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində baş verib.
 
 
 
Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.
 
 
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar