Şəmkirdə 2 nəfər dəm qazından zəhərləndi
30 noyabr 2015 21:39 (UTC +04:00)

Şəmkirdə 2 nəfər dəm qazından zəhərləndi

0

Şəmkirdə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün rayonun Posanlı kənd sakini, 1998-ci il təvəllüdlü Ruzalə Həsənova və Mahmudlu kənd sakini, 1986-cı il təvəllüdlü Xatirə Qurbanova dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Hər iki nəfərə tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə R. Həsənova və X. Qurbanova yaşadıqları evlərin vanna otağında olarkən zəhərləniblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar