APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər, Tovuz rayon Bayramlı kənd sakini, 1936-cı il təvəllüdlü Ofeliya Cəbrayıl qızı Məmmədova və 1982-ci il təvəllüdlü, Balacayev Elşad Məhəmməd oğlu hadisə yerində dünyasını dəyişib.
Sürücü M. Cəfərov və digər sərnişin - Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Zabitə Səbuhi qızı Quliyeva ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yanvarın 29-da saat 22 radələrində yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.
Maşın yolun kənarında olan ağaca dəyərək aşıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
*****
23:57
Gəncə-Şəmkir avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə yanvarın 29-da saat 22 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Şəmkir postunun yaxınlığında baş verib. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında ağaca çırpılaraq aşıb.
Qəza nəticəsində maşında olan iki nəfər hadisə yerində ölüb, bir nəfər isə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsin Tovuz rayon sakini 1967-ci il təvəllüdlü Quliyeva Zabitə Səbuhi qızı olduğu müəyyənləşdirilib.
Hüquq mühafizə orqanların əməkdaşları ölən şəxslərin kimliyini müəyyənləşdirirlər.