Səlim Müslümov BƏT-in baş direktoru ilə görüşüb
03 iyun 2014 14:46 (UTC +04:00)

Səlim Müslümov BƏT-in baş direktoru ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BƏT-in Baş Direktoru Qay Rayder arasında görüş olub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, ölkəmizdə əmək, məşğulluq  və sosial müdafiə sahələrində aparılan islahatlar, əmək bazarının inkişafı yönündə görülən işlər barədə məlumat verən S. Müslümov bu islahatlar prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığın daim gücləndirildiyini vurğulayıb: “Azərbaycan BƏT-in 56 Konvensiyasını ratifikasiya edib. Bu Konvensiyalardan irəli gələn yanaşmalar ölkənin milli qanunvericiliyində əksini tapıb. Eyni zamanda, əməyin mühafizəsi ilə bağlı beynəlxalq normaların tətbiqinə daim xüsusi diqqət yetirilir və BƏT-lə əməkdaşlıq çərçivəsində layiqli əməyin təminatı üzrə ölkə proqramı icra olunub”.

Q.Rayder Azərbaycanda aparılan uğurlu islahatları və Azərbaycanın BƏT ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu məmnunluqla qeyd etdi. Səslənən təklifləri müsbət qarşılayan Q.Rayder gənclərin məşğulluğu və əməyin mühafizəsi və təhlükəsizliyi məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında  fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar

Lənkəranda maşın 10 yaşlı məktəblini vurdu

Lənkəranda maşın 10 yaşlı məktəblini vurdu

10 may 2025 , 18:21
Şəkidə AĞIR QƏZA:   yaralılar var

Şəkidə AĞIR QƏZA: yaralılar var

10 may 2025 , 17:17
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

10 may 2025 , 16:42
Azərbaycanlı məmur 40 milyon  verib HƏBSDƏN ÇIXDI

Azərbaycanlı məmur 40 milyon verib HƏBSDƏN ÇIXDI

10 may 2025 , 16:05
Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

10 may 2025 , 14:04
Beyləqanda körpə öldü  - YENİLƏNİB

Beyləqanda körpə öldü - YENİLƏNİB

10 may 2025 , 13:56
Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01