Şəkidə "xaş-xaş" əməliyyatı: 1532 çətənə kolu məhv edildi
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	"Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
	Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitmiş çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.  
	Faktla bağlı araşdırma aparılır.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0