Şəkidə intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şin kənd sakini, 1974-cü il təvəllüdlü Əbdürrəhmanova Əntiqə Abakər qızı yaşadığı evdə özünü asaraq intihar edib. Qadının ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.