[b]Səidə Sultanın prodüserini qətlə yetirənin məhkəməsi başladı[/b]
15 aprel 2016 16:37 (UTC +04:00)

[b]Səidə Sultanın prodüserini qətlə yetirənin məhkəməsi başladı[/b]

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirli bilinən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Özünü təqsirli bilməyən Yusif Mirzəyev ifadə verməyib. O bildirib ki, şahidlərin dindirilməsi başa çatandan sonra ifadə verəcək. Daha sonra prosesdə zərərçəkmişin hüquqi varisi ifadə verib. O, təqsirləndirilən şəxsin ağır cəza ilə cəzalandırılmasını istəyib. Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

 

 

Qeyd edək ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi və rayon prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakini Yusif Mirzəyev həbs edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar