Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olan Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək prosesə Mehman Səlimovun vəkilinin gəlmədiyi üçün proses martın 11-ə qədər təxirə salınıb.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.