Səfər Əbiyevin müavini işinə baxan hakimlərin dəyişdirilməsini istəyir
11 dekabr 2015 13:37 (UTC +04:00)

Səfər Əbiyevin müavini işinə baxan hakimlərin dəyişdirilməsini istəyir

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, prosesdə hakim Zeynal Ağayev bildirib ki, cinayət işində adı olan iki şahid Naxçıvanda olduqları üçün məhkəməyə gələ bilməyəcək. Müdafiə tərəfinin vəkilləri də, Mehman Səlimov da buna etiraz edib. Sabiq nazir müavini həmin şəxslərin ittiham tərəfinin şahidləri olduğunu bildirib: "Həmin şəxslər mənim əleyhimə ifadə verib. Yeri gəlsə, onları mən Naxçıvandan gətizdirərəm. Onların məhkəmədə dindirilməsini istəyirəm".

 

Mehman Səlimovun vəkili Ağaveys Şahverdi qısa çıxış edib: "Adı keçən şahidlər məhkəməyə gəlmirsə, onların ifadələri də sübutlar siyahısından çıxarılmalıdır. Gəlib məhkəmədə ifadə versinlər. Onların ifadəsinin elan olunmasına razı deyilik. Ötən prosesdə də şahidlərdən Rauf Aşurov istintaqa verdiyi ifadəsindən imtina edib".

 

Məhkəmə yerində müşavirə edərək, həmin şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

 

Bundan sonra Mehman Səlimovun vəkilləri vəsatətlərlə çıxış edib. Onlar Mehman Səlimovun rəhbəri olduğu "STJ" MMC-nin həyata keçirdiyi lahiyələrlə bağlı yeni ekspertizanın təyin olunması istəyiblər. Vəsatət baxılmamış saxlanılıb.

 

Vəkillər 2-ci vəsatətlərində Mehman Səlimov həbs olunduqdan sonra onun yarımçıq qalan işlərini davam etdirən podratçı şirkətlərin rəhbərlərinin əlavə şahid qismində məhkəməyə dəvət olunmasını istəyiblər. Bu vəsatətdə baxılmamış saxlanılıb.

 

Vəkil Ağayevs Şahverdi bu qərara etiraz edib: "Bizim vəsatələrin hamısını baxılmamış saxlayırsınız. Araşdırmırsınız. Belə olmaz. İttiham tərəfinin bütün istəkləri yerinə yetirilir. Amma bizə gələndə baxılmamış saxlayırsınız. Ümumlikdə baxılmamış saxlamaq kimi anlayış yoxdur, ya rədd eləyin, ya da əmin edin. İşin ədalətli araşdırılmasını istəyirsinizsə, təmin edin, araşdıraq".

 

Vəkil hakimlər kollegiyasına etiraz edəcəklərini də bildirib: "Biz məsləhətləşib, gələn proses sizə etiraz edəcəyik. Bu cür cinayət işinə baxılmır".

 

Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.

 

Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.

 

M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46