Səbaildə polis maşınını vuran sürücü qaçıb
03 iyun 2014 12:44 (UTC +04:00)

Səbaildə polis maşınını vuran sürücü qaçıb

Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.


 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,  yol qəzası Yusif Məmmədəliyev küçəsi, 169 ünvanının qarşısında qeydə alınıb.

 

“Qafqaz Lizinq” şirkətinə məxsus “Prado” markalı avtomobil Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vüsal Rafiq oğlu Şirəliyevin idarə etdiyi  “Doblo” markalı   xidməti avtomobilə çırpılıb. Qəza nəticəsində “Prado” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

 

Hazırda polis yol qəzası törədən şəxsin tapılması istiqamətində iş aparır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar