Saxta pul kəsənlərdən silah götürüldü
23 noyabr 2015 13:17 (UTC +04:00)

Saxta pul kəsənlərdən silah götürüldü

0

Saxta pul kəsən şəxslər saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 21-də Ucar şəhər sakinləri Həsən Mirzəyev və Elşən Həsənov Yevlax Xətt Polis Şöbəsinə müraciət edərək həmin gün saat 03 radələrində Ucar dəmir yolu stansiyası ərazisində yerləşən köşkdə naməlum şəxsin onların hər birinə saxta 10 manatlıq əskinas verərək alver etməsini bildiriblər.

 

 

Yevlax Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Beyləqan rayon sakini Rəhim İbrahimov və Bakı şəhər sakini Elnur Baxşəliyev saxlanılıblar. Onlardan 1 ədəd saxta 1 manatlıq əskinaz, 1 ədəd beşbarmaq və 1 ədəd beşbarmağa taxılan xəsarət yetirici götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar