Gəncədəki qətl qisas məqsədilə iki qardaş törədib - AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilir.
Lent.az-a bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, 2015-ci il aprelin 15-də Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində dəfələrlə zorlayıb, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparıb.
2015-ci il aprelin 18-də Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetiriblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-ci il fevralın 26-dakı hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
229