Samux rayonu, Kolayır kəndində vətəndaşa məxsus birmərtəbəli ev yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 2 kv.m və ev əşyaları 4 kv.m sahədə yanıb.
Yanğın zamanı ev sahibi və onun övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. .