Şamaxı rayonunda ayının parçaladığı 35 yaşlı Sədi Hüseynovun vəziyyəti orta ağır olaraq qalır. Lent.az-ın məlumatına görə, Şamaxı şəhər Mərkəzi Xəstəxanasının həkimi bildirib ki, vəhşi heyvan S.Hüseynovun boyun nahiyəsinə ağır xəsarətlər yetirib.
Yaralının müalicəsi davam etdirilir.