Şamaxıda <span style="color:red;">DƏHŞƏT : 5 yaşlı qızın əlini ət maşını doğradı
21 aprel 2014 12:32 (UTC +04:00)

Şamaxıda DƏHŞƏT: 5 yaşlı qızın əlini ət maşını doğradı

Şamaxı rayonunda nəzarətsiz qalan azyaşlı uşaq bir əlini itirib.


 

APA-nın məlumatına görə, hadisə şəhərin Mübariz Əliyev küçəsi 3 saylı ünvanda qeydə alınıb.

 

2009-cu il təvəllüdlü Əliyeva Nəzrin Davud qızı mətbəxdə anasının yanında oynayarkən qəflətən əlini elektriklə işləyən ət maşınının içinə salıb. Maşın onun sol əlini doğrayıb.

 

Təcili Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Nəzrin Əliyevanın əli amputasiya olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

# 852
avatar

Oxşar yazılar